Modern.az

COP29 üzrə Ev Sahibliyi Sazişi imzalandı

COP29 üzrə Ev Sahibliyi Sazişi imzalandı

23 Avqust 2024, 19:03

Azərbaycanla BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyası (UNFCCC) arasında Ev Sahibliyi Sazişi imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabındakı paylaşımda bildirilib.

 

Ev Sahibliyi Sazişini COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil imzalayıblar.

 

Qeyd edilib ki, bu, noyabr ayında Azərbaycanda keçiriləcək COP29-nun müvəffəqiyyətlə həyata keçirilməsi üçün hazırlıqların son mərhələsidir: “Saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını və prioritetlərini əks etdirən, bütün səslərin eşidiləcəyi əlçatan, inklüziv və şəffaf bir konfrans təşkil etmək öhdəliyini vurğulayır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri