Modern.az

COP29 AZAL-ın fəaliyyətinə təsir göstərməyəcək

COP29 AZAL-ın fəaliyyətinə təsir göstərməyəcək

COP29

24 Sentyabr 2024, 09:44

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) fəaliyyətinə təsir göstərməyəcək.

Bu barədə AZAL-dan Modern.az-a bildirilib.

Qeyd olunub ki, noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb.

“Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər”, - məlumatda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər