Modern.az

"İqlim məsələlərinin öhdəsindən təkbaşına gələ bilmərik" 

"İqlim məsələlərinin öhdəsindən təkbaşına gələ bilmərik" 

COP29

30 Sentyabr 2024, 10:29

İqlim məsələlərinin öhdəsindən təkbaşına gələ bilmərik. Bizə innovasiya, təcrübə və nailiyyətlərin birgə tətbiqi lazımdır. Odur ki, Bakı İqlim Fəaliyyəti Həftəsi bir çağırışdır.

 

Modern.az xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində deyib.

 

"Dialoq strategiyaların yaranmasına və uzunmüddətli həllərə gətirib çıxarır. Bu, gənclərin iqlim sahəsində səsini eşitmək, siyasəti formalaşdıranlarla, alimlərlə, öhdəlik götürən şəxslərlə həyata keçiriləcək birgə imkandır. Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxışı reallığa çevirmək üçün gözəl fürsətdir. Bu həftə ərzində müxtəlif maraqlı tərəflərə imkan yaradılacaq ki, görüşüb müzakirələr aparsın, fikirlər paylaşsın, tərəfdaşlıq əlaqələri qursunlar", - deyə N.Arpadarai bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər