Modern.az

COP29 Azərbaycan turizmi üçün hədəfli reklamdır - EKSPERT

COP29 Azərbaycan turizmi üçün hədəfli reklamdır - EKSPERT

COP29

11 Oktyabr 2024, 12:46

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş səfər edib. Bu də ötən illə müqayisədə 30% çoxdur.

Turizm eksperti Rəhman Quliyev Modern.az-a bildirib ki, turist axınının artması Azərbaycanın günü-gündən artan nüfuzu, ictimai asayişin qorunub saxlanması ilə əlaqəlidir.

"Bu Azərbaycana hər fəsildə mütəmadi olaraq turistlərin gəlməsinə əsas verir. Hər il olduğu kimi ölkəyə gələn turistlər ən çox Rusiyadan gələnlərdir. İkinci yerdə ərəb ölkələri və Hindistan, Pakistan və qardaş Türkiyədən Azərbaycana üz tutanlar var. Həmçinin İrandan gələn turist sayında da keçən ilə nisbətən artım müşahidə olundu”, - o bildirib.

Ekspert qeyd edib ki, noyabrda keçiriləcək COP tədbirində yüz minə yaxın qonaq gələcəyini nəzərə alsaq, rekord say əldə etmiş olacağıq:

“Bu Azərbaycan turizmində böyük bir nailiyyətdir. Hesab edirəm ki, COP29 Azərbaycan turizmi üçün hədəfli reklamdır. COP29-da iştirak etmək üçün gələnlərin demək olar ki, 90%-i Bakıda yerləşdiriləcək. Digər tədbir iştirakçıları isə öz istəklərinə görə regionlara səfər edə biləcəklər. Qarşımızda ilin bitməsinə 2 ay yarımdan biraz çox vaxt var. Həmin ərəfələrdə də turist axını gözlənilir. Əvvəlki illərə nisbətən turistlərin gəlmə ehtimalı daha çoxdur. Bu da həmin artıma əlavə olacaq”.

R.Quliyev sonda bildirib ki, Azərbaycanın suveren əraziləri bərpa ediləndən sonra, yenidən turizm destinasiyaları yaranıb: “Bu da həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olub. Hesab edirəm ki, Azərbaycanın işğaldan azad olunan digər əraziləri də əcnəbi turistlərin səyahət ixtiyarına veriləcək”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər