Modern.az

COP29-da Bakının adını daşıyacaq 8 Bəyannamə olacaq

COP29-da Bakının adını daşıyacaq 8 Bəyannamə olacaq

COP29

11 Oktyabr 2024, 13:30

COP29-da bir çox istiqamətlər üzrə Bakının adını daşıyan sənədlərin qəbulu, bəyannamələrin imzalanması gözlənilir. Bu, hansısa konkret istiqamətlər üzrə olmayacaq.

Modern.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə müsahibəsində deyib.

Yalçın Rəfiyevin sözlərinə görə, Bakının adı ilə bağlı olan 14 təşəbbüs arasında bir çox təşəbbüslər var ki, onların bəziləri Bəyannamə ilə yekunlaşacaq, bəzi təşəbbüslərin adı artıq Bakı ilə bağlıdır: "Məsələn, adı Bakı ilə bağlı olan iqlim, maliyyə, ticarət və investisiya təşəbbüsü var. Eyni zamanda, 8 Bəyannamə və öhdəliklər var ki, Bakının adını daşıyacaq və COP tarixində qalacaq. Bunlar fərqli sahələri əhatə edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər