Modern.az

COP29-un prezidenti Əli Qurbanla su təhlükəsizliyini müzakirə etdi

COP29-un prezidenti Əli Qurbanla su təhlükəsizliyini müzakirə etdi

COP29

30 Oktyabr 2024, 07:32

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurbanla su təhlükəsizliyini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

 

“COP29-un müəyyən edilmiş prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurban ilə müzakirədə COP29 ərəfəsində su təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və iqlim davamlılığı mövzuları ətrafında fikir mübadiləsi apararaq resursların idarə edilməsi üçün real fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb”, – paylaşımda diqqətə çatdırılıb.

 

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev boliviyalı həmkarı Alan Lisperger Rosales ilə iqlim sahəsində əməkdaşlığı müzakirə etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi