Modern.az

Somali Prezidenti Azərbaycana gələcək

Somali Prezidenti Azərbaycana gələcək

COP29

1 Noyabr 2024, 13:02

Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyh Mahmud Bakıya gələcək.

 

Modern.az-ın məlumatına görə, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək.

 

Prezident İlham Əliyevlə görüşündə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Somalinin fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək, vurğulayıb ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi