Modern.az

ABŞ nümayəndəsi Bakıdan dünyaya çağırış etdi

ABŞ nümayəndəsi Bakıdan dünyaya çağırış etdi

11 Noyabr 2024, 11:32

Qlobal müstəmləkə keçmişini yaşamış yerli xalqların nümayəndələri iqlim dəyişiklikləri ilə mübarizəyə çağırış edib.

Modern.az xəbər verir ki, bununla bağlı Amerika yerli xalqlarının nümayəndəsi Ceykob Cons Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP-un nəticələrinə yerli xalqların baxışı" mövzusunda keçirilən USCAN konfransında bildirilib.

“Qlobal iqlim maliyyəsi vacibdir və bu yöndə ciddi addımlar atılmalıdır.  COP29-da müstəmləkə zülmündən əziyyət çəkən qlobal cənuba birbaşa təsir göstərən iqlim dəyişikliyini minimuma endirmək üçün birlikdə işləməliyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?