Modern.az

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

COP29

12 Noyabr 2024, 17:25

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.

Modern.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.

“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”, - deyə Polşa Prezidenti əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?