Modern.az

COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək

COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək

23 Noyabr 2024, 13:28

Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda deyilir ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

“Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.

Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.

25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək”, - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi