Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib.
Modern.az xəbər verir ki, bununla bağlı qərar tədbirin bu gün keçirilən bağlanış plenar iclasında qəbul edilib.
Qeyd olunub ki, bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə ildə 250 milyard dollar qənaət etməyə kömək edəcək.
O da bildirilib ki, bununla 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub.
Sessiyada həmçinin bu addımın 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq yolunda əhəmiyyəti, eləcə də qənaət olunan vəsaitin daha geniş iqlim ambisiyalarına yönəldilməsinin vacibliyi önə çəkilib.
COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişikliyinin qlobal problem olduğunu önə çəkərək, bu uğuru həmin problemdən etibarlı çıxış yolunun tapılması istiqamətində mütərəqqi addım kimi dəyərləndirib: