Modern.az

"Gənc diplomatlar" Azərbaycanı təbrik etdi

"Gənc diplomatlar" Azərbaycanı təbrik etdi

COP29

25 Noyabr 2024, 09:56

"Gənc diplomatlar" (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. "Gənc diplomatlar" Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur", - paylaşımda qeyd olunub.

 
Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi