Modern.az

COP30-un Prezidentliyi təsis edildi

COP30-un Prezidentliyi təsis edildi

COP29

26 Mart 2025, 16:09

Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.

Modern.az xəbə verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.

Müəyyən edilib ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.

Xatırladaq ki, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi