Modern.az

Diaspor fəalları Brüsseldə bir araya gəldi

Diaspor fəalları Brüsseldə bir araya gəldi

Diaspor

6 Fevral 2022, 15:58

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK), “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyası, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvlərinin birgə təşkilatçılığı ilə Brüsseldəki Azərbaycan Evində görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Niderland və Belçikadakı diaspor fəalları ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər.

 

Avropanın memarlıq incilərindən birində yerləşən Azərbaycan Evinin qapıları Benilüks məkanındakı bütün azərbaycanlılara açıq olduğu bəyan edilib. Qeyd olunub ki, həmvətənlərimiz ölkəmizlə, mədəniyyətimizlə bağlı tədbirlərini bu məkanda təşkil edə bilərlər.

 

Görüşdə Benilüks Azərbaycanlıları Konqresi (BAK) nümayəndələrinin, Qarabağ İdman Klubu və tanınmış rəssam Rasim Hüseynovun Azərbaycan Evinə gətirdikləri hədiyyələr təqdim olunub, ona uğurlar arzu edilib.

 

“Gücümüz birliyimizdədir!” deyən diaspor fəallarımız gələcək yeni layihələri birlikdə müzakirə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu