Modern.az

Bu gün Ukrayna Azərbaycanlıları Radasının qurultayıdır

Bu gün Ukrayna Azərbaycanlıları Radasının qurultayıdır

12 Fevral 2022, 10:35

Bu gün Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) hesabat-seçki qurultayı keçiriləcək.

 

Modern.az xəbər verir ki, qurultayda qurumun tərkibində, strukturunda və nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub.

 

UAR-ın tərkibi yeni üzvlərlə genişləndiriləcək, İdarə Heyətinə yeni üzvlərin qəbulu gözlənilir. Tədbirdə UAR-ın gənclər, ziyalılar və iş adamları şuralarının təsis olunması da planlaşdırılır.

 

Qeyd edək ki, UAR-ın təsis qurultayı 14 aprel 2019-cu ildə Kiyev şəhərində keçirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu