Modern.az

ABŞ-da Qarabağ mitinqi keçiriləcək

ABŞ-da Qarabağ mitinqi keçiriləcək

Diaspor

18 Fevral 2022, 09:06

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli məlumat verib.

 

“Mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan azərbaycanlıların iştirakı planlaşdırılır. Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. Dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir”, - Ercan Yerdələnli bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu