Modern.az

500 azərbaycanlı Ukraynadan təxliyə edilib

500 azərbaycanlı Ukraynadan təxliyə edilib

Diaspor

26 Fevral 2022, 16:52

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, son 3 gündə təxminən 500 azərbaycanlı Moldova ərazisinə keçib.

 

"80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər təşkil edərək onları Kişinyova gətirib, yerləşdiririk. Hazırda Moldovadakı səfirliyimiz viza problemləri ilə məşğuldur. Rumıniyadan İstanbula uçuş var. Azərbaycan vətəndaşlarının uçması üçün viza lazımdır. İşlərə davam edirik" , - deyə qurum rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu