Modern.az

Odessada Xocalı aksiyası

Odessada Xocalı aksiyası

Diaspor

27 Fevral 2022, 12:53

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Odessa şəhərində fəaliyyət göstərən “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzi küçələrində “Xocalıya ədalət!” şüarının, Bakıdakı Xocalı soyqırımı abidəsinin təsvirinin əks olunduğu bilbordlar yerləşdirilib.

 

Ölkədə müharibənin getməsinə baxmayaraq, müvafiq orqanlar əvvəlcədən sifariş edilən bu aksiyanın gerçəkləşdirilməsi üçün üzərilərinə düşən vəzifəni yerinə yetiriblər.

 

Aksiya Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi, xalqımızın haqq səsinin yerli ictimaiyyətə çatdırılması və bu faciənin beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu