Modern.az

50-yə yaxın azərbaycanlı Poltavadan Lvova yola salındı

50-yə yaxın azərbaycanlı Poltavadan Lvova yola salındı

Diaspor

2 Mart 2022, 17:20

50-yə yaxın azərbaycanlı Ukraynanın Poltava şərahərindən Lvova yola salınıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Radasının Poltava Regional Təşkilatının rəhbəri Füzuli Qənbərov "Diaspor TV"-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qatar bir müddət əvvəl Lvova yola düşüb:

 

"Onlar arasında qadınlar, azyaşlılar, qocalar və tələbələr var idi. Yəqin ki, onlar Lvovdan Polşaya yola salınacaqlar. Onlar arasında həm Xarkovdan gələnlər, həm də Poltavada yaşayanlar var idi. Yola salınan qatar tam dolduğu üçün vətəndaşlarımızın bir hissəsi Poltavada qalıb. Yaxın müddətdə yenə qatar olmalıdır. Onunla yenə vətəndaşlarımızı yola salacağıq. Əsas odur ki, insanları sakit regionlara çıxarırıq".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu