Ukraynadan təxliyə edilən 1000-dən çox azərbaycanlı Rumıniyaya keçəndən sonra onların vətənə göndərilməsi üçün müvafiq işlər görülür.
Modern.az xəbər verir ki, bu barədə Rumıniyadakı diaspor təşkilatının rəhbəri Vaqif Həsənov bildirib.
Diaspor rəhbəri işlərin Rumıniyadakı səfirliklə birgə həyata keçirildiyini qeyd edib.
"Qatarla Kiyevdən Moldovaya təxliyə edilən 1100-dən çox azərbaycanlı artıq bu gün səhərə yaxın Rumıniyaya çatıb. Onlar Rumıniya hökuməti tərəfindən ayrılan sığınacaqlara yerləşdirilib. Gün ərzində onların siyahısı tutulacaq və növbəli olaraq avtobuslarla Azərbaycana yola salınacaqlar”.