Modern.az

Şuşa Zəfər Qurultayına hazırlaşır - FOTO

Şuşa Zəfər Qurultayına hazırlaşır - FOTO

Diaspor

19 Aprel 2022, 17:40

Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma kampaniyası davam etdirilir. 

 

Modern.az xəbər verir ki, paytaxt Bakıda, Şuşa istiqamətindəki yollarda və Şuşa şəhəri daxilində Zəfər qurultayı haqqında məlumat lövhələri yerləşdirilib.

 

Lövhələrdə qeyd edilib ki, diasporumuzun tarixində ilk dəfə Dünya Azərbaycanlılarının Qurultayı Qarabağda keçirilir.

 

Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil edəcəyi qurultayda 65 ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək.

 

Şuşadan qurultaya hazırlığı əks etdirən fotoları təqdim edirik:

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi