Sabah Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək.
Modern.az xəbər verir ki, Zəfər Qurultayının iştirakçıları artıq Şuşa şəhərindədirlər. Onlar Cıdır düzünə baş çəkib, doğma Qarabağda olmağın sevincini yaşayıblar.
Qeyd edək ki, 22-23 aprel tarixlərində Şuşa şəhərində Zəfər Qurultayı keçiriləcək. İlk dəfə doğma Qarabağda təşkil olunacaq qurultayda dünyanın 65 ölkəsindən 400-də yaxın nümayəndə iştirak edəcək.