Modern.az

Şuşa Qurultayı diaspor üçün yeni yol xəritəsidir

Şuşa Qurultayı diaspor üçün yeni yol xəritəsidir

25 Aprel 2022, 13:12

“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət beşiyi, Zəfərimizin simvolu olan Şuşa şəhərində keçirilməsi möhtəşəm hadisədir. 30 ildən sonra dünyanın bütün qitələrində məskunlaşmış 60 milyon azərbaycanlının Şuşada bir araya gəlməsi möhtəşəm rəmzi məna daşıyır. Bu tədbir müdrik siyasi xadim, Ali Baş Komandan İlham Əliyevin ərazilərimiz işğaldan azad etdikdən sonra bütün Dünya azərbaycanlılarını tarixi ünvanda – qədim mədəniyyət paytaxtımız olan Şuşada bir araya toplaması müdrik qətiyyətli siyasətinin və Azərbaycançılıq ideologiyasının təntənəsidir".

 

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

 

O bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın şöhrətini özünə qaytarmaqdadır, mədəniyyət paytaxtımız olan Şuşa həm geniş quruculuq sahəsi kimi diqqəti cəlb edir, həm də möhtəşəm tədbirlərin, konfrans və festivalların keçirildiyi qlobal məkana çevrilir: 

 

"Ötən il Şuşada “Xarı bülbül” beynəlxalq festivalı, “Vaqif poeziya günləri” keçirildi, Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik haqqında "Şuşa bəyannəməsi”ni imzalandı, müxtəlif ölkələrin səfirləri, elm və incəsənət xadimləri, dini icmaların nümayəndələri səfər etdi. BMT-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı geni tərkibli görüşü baş tutdu, beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirliklərinin nümayəndələrinin Şuşaya və işğaldan azad edilmiş digər rayonlara səfərlərlər edərək əsil reallıqları gördülər".

 

A. Hüseynovun sözlərinə görə, Şuşa Qurultayı Azərbaycan dispaoru üçün yeni yol xəritəsini müəyyənləşdirdi:

 

“Cənab Prezident Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi. Azərbaycan Prezidenti Qurultayda konseptual xarakterli nitqində postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin mövqeyi haqqında fikirlərini ifadə etdi. Bildirdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşməlidir. Azərbaycanda yaşayan azərbaycanlılar və xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün xüsusi əhəmiyyət daşıya bilkər. Beləlilklə, dövlət başçısının proqram xarakerli bu nitqi Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyinin, mütəşəkkilliyinin daha da möhkəmlənməsində və təşkilatlanmasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynayacaqdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu