Modern.az

Azərbaycan diaspor təşkilatı Afrikada xeyriyyə aksiyası keçirib

Azərbaycan diaspor təşkilatı Afrikada xeyriyyə aksiyası keçirib

Diaspor

27 May 2022, 11:26

Fransanın Tuluz şəhərində fəaliyyət göstərən "Azərbaycan İcması Birliyi"nin təşəbbüsü və icma üzvlərinin maliyyə vəsaiti ilə “Şuşa İli” çərçivəsində su və ərzaq çatışmazlığından əziyyət çəkən Afrikanın Benin Respublikasının Kotonu şəhərində xeyriyyə aksiyası təşkil edilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə Benin Respublikasının ən iri şəhəri olan Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub və aztəminatlı ailələrə ərzaq paylanılıb. Mərasim zamanı “Şuşa qəhrəmanlarının əziz xatirəsinə həsr olunur” sözlərinin, Şuşa qalasının və “Xarıbülbül” rəmzinin təsvirinin əks olunduğu poster nümayiş etdirilib.

 

Qeyd edək ki, Fransa Respublikasında rəsmi qeydiyyatdan keçən "Azərbaycan İcması Birliyi" Tuluz şəhərindəki soydaşlarımızın bir araya gəlməsi, Vətənə bağlılığı, milli-mədəni dəyərlərimizin təbliği, Azərbaycan həqiqətlərinin, postmüharibə dövründə ölkəmizlə bağlı yaranmış yeni reallıqların yerli ictimaiyyətə çatdırılması istiqamətində tədbir və layihələr gerçəkləşdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu