Modern.az

Parisdəki təxribatın təfərrüatı - Xəsarət alan soydaşımız DANIŞDI

Parisdəki təxribatın təfərrüatı - Xəsarət alan soydaşımız DANIŞDI

17 İyun 2022, 17:38

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

 

Modern.az xəbər verir ki, onlar “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş Fransanın “Ere TV" kanalına etirazlarını bildiriblər.

 

Təxribatçılar “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıb, Şuşa və Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər.

 

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. O, Diaspor TV-yə müsahibəsində hadisənin təfərrüatlarını danışıb.

 

Müsahibəni aşağıdakı link vasitəsilə izləmək mümkündür:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu