Modern.az

Moskvanın Azərbaycan diasporuna yeni sədr SEÇİLDİ

Moskvanın Azərbaycan diasporuna yeni sədr SEÇİLDİ

Diaspor

10 İyul 2022, 21:56

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

 

Modern.az-ın məlumatına görə, təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib. Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

 

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb.

 

Bəxtiyar  Həsənov 1974-cü ildə Ordubad rayonunda anadan olub. İxtisasca şərqşünasdır. Rusiyada şirkətlər qrupunun təsisçisi və rəhbəridir. Ailəlidir, 2 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu