Modern.az

Fransız tarixçi ermənipərəst konqresmenin cavabını verdi

Fransız tarixçi ermənipərəst konqresmenin cavabını verdi

Diaspor

13 Sentyabr 2022, 17:02

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız tarixçi, politoloq Maksim Qauen ermənipərəstliyi ilə tanınan ABŞ konqresmeni Frenk Pellonenin Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribatla bağlı çağırışını əhəmiyyətsiz adlandırıb.

 

Hər zaman olduğu kimi, Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırıb.

 

Maksim Qauen ermənipərəst konqresmenə belə şərhlə cavab verib: “Dedikləriniz tamamilə əhəmiyyətsizdir, ABŞ hökuməti belə bir şey etməyəcək və siz bunu bilirsiniz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər