“Ermənistan növbəti dəfə bu məsələni sülh yolu ilə həll edə bilməyəcəyini göstərdi”.
Modern.az xəbər verir ki, bu sözləri Diaspor TV-yə açıqlamasında Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru, politoloq, tarixçi alim Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti, hərbçiləri terror aktlarının cavabını layiqincə verə, cavab atəşi ilə erməniləri susdura bilib:
“Azərbaycan nəinki Ermənistana, bütün dünyaya döyüş meydanında düşmənə cavab verməyə və bu məsələni birdəfəlik həll etməyə hazır olduğunu sübut edib. Bu, bir növ bütün dünyaya düşmənin atəşkəs rejimini pozmasına Azərbaycanın göz yummayacağı barədə xəbərdarlıq oldu. Gürcüstan Azərbaycan xalqının öz tarixi torpaqlarını geri qaytarması naminə atdığı bütün addımları dəstəkləyir. Qısa bir zamanda Xankəndinin Azərbaycanın yurisdiksiyasına qaytarılacağına ümid edirik. Qardaş Azərbaycana sülh və rifah arzulayırıq”.
Quram Marxuliyanın açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: