Arxiv
19 Sentyabr 2022, 12:58 | DİASPOR
Azərbaycan icmasından Pelosi ilə bağlı Konqresə MÜRACİƏT

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə ABŞ-a köçmüşük. Lakin Nensi Pelosi və onu dəstəkləyən konqresmenlər insan hüquqlarını və ədaləti müdafiə edən demokratik prinsiplərə qarşı çıxış edirlər”.

 

Nəzərə çatdırılıb ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana 18 sentyabr 2022-ci il tarixli səfəri Cənubi Qafqaz bölgəsindəki durumun təhrifinə yönəlib və Azərbaycan əsilli amerikalılarda dərin təəssüf hissi doğurur: “Nensi Pelosinin Azərbaycanın ünvanına əsassız və haqsız ittihamları yolverilməzdir”.

 

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya edilməmiş sərhəddə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatından bəhs edən AAKŞ İH üzvləri bildiriblər ki, bu təcavüzkr əməlin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb: “Ölkəmizin süverenliyi və ərazi bütövlüyü təmin edilib. Hazırda atəşkəs rejiminə əməl olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Regionda vəziyyətin gərginlşdirilməsinin və genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

 

Bu il ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin tamam olduğunu xatırladan soydaşlarımız bildiriblər ki, Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropanın qazının tükənməsi fonunda Azərbaycan həm Ermənistanla ədalətli sülhün və iqtisadi münasibətlərin qurulması, həm də Avropaya qaz tədarükü məsələlərində xoş məramını nümayiş etdirir. Nensi Pelosi və ona bənzərləri isə Azərbaycanın xoş məramını dəstəkləmək əvəzinə, demokratik prinsiplər üzərindən qərəzli və ermənipərəst siyasətə üstünlük verir, Birləşmiş Ştatlardakı amerikalıların iqtisadi problemlərini çözmək əvəzinə xarici ölkələrdə münaqişələrin gərginləşdirilməsi, daha çox insanın bu münaqişələrdə həlak olması kimi demokratiya ilə bir araya sığmayan addımları dəstəkləyirlər.

 

BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal azad edilməsi barədə 4 qətnaməsini təkbaşına gerçəkləşdirən Azərbaycanın 10 noyabr 2020-ci ildə Ermənistanla sülh razılaşmasını imzaladığına, işğaldan azad edilən ərazilərimizdə irimiqyaslı quruculuq işləri həyata keçirdiyinə, bu layihələrə 3 milyard ABŞ dolları məbləğində vəsait sərf etdiyinə, ərazilərin ermənilər tərəfindən basdırılmış milyona yaxın yerüstü minalardan təmizlənməsi prosesi apardığına, müharibə bitdikdən sonra bu minalardan və ermənilərin qoyub getdiyi digər partladıcı qurğulardan onlarla mülkü azərbaycanlının həlak olduğuna diqqət cəlb edilib.

 

“Bu, Azərbaycan dövlətinin Ermənistanla münaqişədə maraqlı olmadığını, yalnız sülh istədiyini sübut edir. Odur ki, N.Pelosinin Ermənistana səfəri zamanı açıqlaması erməni təbliğatı əsasında verilən bəyanat kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması səylərinə vurulan ciddi zərbədir”, - deyə İH üzvləri vurğulayıblar.

 

Təəssüflə qeyd edilib ki, ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı aparığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqların dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib: “Belə birtərəfli addmlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir”.

 

AAKŞ İH üzvləri ABŞ Konqresini spiker Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında yeni münaqişələrin yaranması istiqamətində nümayiş etdirdiyi davranışı ilə əlaqədar dərhal tədbirlər görməyə çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51