Arxiv
20 Sentyabr 2022, 16:22 | DİASPOR
ABŞ azərbaycanlıları beynəlxalq qurumlara çağırış etdilər

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar bu hadisə ilə bağlı çox məyus olublar. Bildirilib ki, Azərbaycan bölgənin bərpasına külli miqdarda vəsaitlər xərclədiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı vaxtda Ermənistanın əl atdığı təxribatlar normallaşma və sülh danışıqları ilə qətiyyən bir araya sığmır və qeyri-sabitliyə doğru aparır.

 

Soydaşlarımız beynəlxalq təşkilatları yubanmadan əməli addımlar atmağa, yalan və nifrət nağılları uyduran Ermənistanın mənasız və ölüm saçan təxribatlarının qarşısının alınması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrıəvana təzyiqlər göstərməyə çağırıblar.

 

ABŞ-ın İllinoys ştatında yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

 

Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun adından yayılan bəyanatda 12 sentyabr 2022-ci il tarixində törədilən hərbi təxribata, üçtərəfli razılaşmaya zidd olaraq indiyədək Ermənistanın öz qeyri-qanuni qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığına, işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minalar basdırıldığına və bu cəhdlərin davam etdirildiyinə, 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan şəhərlərinin, kəndlərinin tamamilə dağıdıldığına diqqət cəlb edilib.

 

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

 

İllinoys ştatında yaşayan soydaşlarımızın beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı bildirilib.

 

“Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi qətiyyətlə bəyan edir ki, Ermənistanın əl atdığı təxribatlar bölgədə normallaşma və sülh prosesi ilə tamamilə bir araya sığmır”, - deyə mərkəz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37 Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək  1 Oktyabr 2022, 18:33