Modern.az

Diasporla bağlı yeni qanun layihəsi hazırlanacaq

Diasporla bağlı yeni qanun layihəsi hazırlanacaq

Diaspor

21 Sentyabr 2022, 11:20

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi hazırlanacaq.

 

Modern.az məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası üçün İş planına daxil edilib.

 

Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanması üçün dinləmələr keçiriləcək.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc bildirib ki, bu layihənin maliyyə yükü çox azdır.

 

“Maliyyə Nazirliyi büdcə müzakirələrində abunu nəzərə alsa, biz layihəni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Amma indiki halda bu layihə ilə bağlı dinləmələrin keçirilməsini nəzərdə tutmuşuq”, - deyə komitə sədri qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!