Arxiv
21 Sentyabr 2022, 12:08 | DİASPOR
İsrail mətbuatı Ermənistanın son hərbi təxribatından YAZDI

İsrailin ən böyük həftəlik qəzetlərindən olan “Makor Rişon”da ivritçə “Qərbin düşündüyündən fərqli olaraq, Azərbaycanla münaqişədə Ermənistan günahkardır” sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi qarşıdurmanın səbəbkarı kimi Azərbaycan ərazisində mina və silah-sursat yerləşdirərək genişmiqyaslı təxribat əməliyyatları həyata keçirən erməni silahlı qüvvələrini göstərib. 

 

Qeyd olunub ki, 2020-ci ilin noyabrında II Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan Azərbaycana qarşı dəfələrlə zorakılıq tətbiq edib və təcavüzkar ölkənin ölkənin hərbi əməliyyatların dayandırılmasına dair məlum üçtərəfl bəyanatı dəfələrlə pozması Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olunmasına ən böyük maneədir. Atəşkəs rejiminin pozulması və gərginliyin artması iki ölkə arasında hərbi münaqişənin yenidən alovlanması və regionda sabitliyin pozulması təhlükəsini yaradır. Məqalədə 2020-ci ilin oktyabrında Azərbaycanın Xəzər dənizi sahilindəki neft yataqlarını Türkiyənin Ceyhan liman şəhəri ilə birləşdirən nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ermənilərin hücumuna məruz qaldığı da qeyd olunub.

 

Müəllif təəssüf hissi ilə bildirib ki, Qərbdə bir çoxları artıq Azərbaycan və Ermənistan sərhədində reallığı anlamadıqlarını nümayiş etdirərək, zorakılığın son dalğasından sonra Bakını gözdən salmağa üstünlük veriblər. Müəllif hesab edir ki, Azərbaycan da İsrail kimi hərbi cəhətdən düşmənindən daha güclü olması səbəbindən zorakılıqların baş verməsinə görə əsas cavabdeh kimi yanlış və qərəzli ittihamla üzləşir. Bu cür meyarlardan istifadə son dərəcə problemlidir, çünki zorakılığın son mərhələsinin obyektiv tədqiqi nəticəsində aydın olur ki, münaqişəyə görə məsuliyyəti Azərbaycan deyil, Ermənistan daşıyır.

 

Məqalədə İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin Məşvərət Şurasının üzvü, professor Nurşin Güneyin fikirləri də yer alıb: “Bu münaqişəni ermənilərin başladığına şübhə yoxdur. Erməni tərəfi törətdiyi təxribatlarla sülh sazişinin imzalanması prosesinə maneələr yaradır. Təxribat nəticəsində həlak olmuş Azərbaycan əsgərlərinin itkisinə görə çox təəssüflənirik. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqını lazımınca dəstəkləmir”. Nurşin Güney həmçinin əlavə edib: “Bütün dünyada insanlar Ukraynaya o qədər diqqət yetiriblər ki, başqa yerlərdə baş verənləri unudurlar. Qafqazda cərəyan edən proseslər həm də o səbəbdən təhlükəlidir ki, Ukraynada olduğu kimi, böyük dövlətlərin iştirak edəcəyi münaqişəyə gətirib çıxara bilər. Ümid edirəm ki, Qərbdəki müttəfiqlərimiz son epidemiyada kimin günahkar olduğunu araşdırmağa başlayacaqlar”.

 

 

Məqalədə Azərbaycanın rus icmasının da Ermənistan rəhbərliyinin hərəkətlərini kəskin şəkildə pislədiyi və beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırdığı diqqətə çatdırılıb.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.makorrishon.co.il/opinion/525783

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Melia: "Saakaşvilini buna görə cəzalandırırlar" 11:29, Bu gün Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib 11:19, Bu gün Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB 11:10, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün Pullarını şəhər meriyasına vəsiyyət etdi 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün İki aktrisa yol qəzasında həlak oldu 09:48, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14