Modern.az

Fuad Muradov səfirliklərimizə hücum edilməsinə münasibət bildirdi

Fuad Muradov səfirliklərimizə hücum edilməsinə münasibət bildirdi

Diaspor

27 Sentyabr 2022, 11:22

"Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Azərbaycan diasporu heç bir ölkədə qeyri-qanuni fəaliyyətlə məşğul deyil".

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

Jurnalistlərə açıqlama verən komitə sədri Azərbaycanın xarici ölkələrdə yerləşən səfirliklərinə hücuma münasibət bildirib. O vurğulayıb ki, erməni təxribatı baş verən ölkələr buna çox sərt şəkildə reaksiyalar verməlidir.

 

"Erməni diasporu bəzi ölkələrdə qanunsuz addımlara yol verir. Mənə elə gəlir ki, həmin dövlətlər buna ciddi reaksiya verməlidir. Xaricdə fəaliyyət göstərən səfirliklərlə Azərbaycan diasporu koordinə edilmiş şəkildə fəaliyyət göstərir. Və nə zaman ehtiyac duyulursa, təbii ki, Azərbaycan diasporunun təmsilçiləri orada olur, ölkəmizin maraqlarını qoruyur", - deyə komitə sədri vurğulayıb.

 

Fuad Muradov, həmçinin Ermənistanın hərbi təxribatına etiraz olaraq, ölkə xaricində üç həftə ərzində 40-dan çox dinc aksiya və yürüşlərin keçirildiyini qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!