Modern.az

\"Diaspor haqqında\" yeni qanun layihəsi HAZIRDIR

\

27 Sentyabr 2022, 11:34

"Diaspor haqqında" yeni qanun layihəsi üzərində işlər demək olar ki, tamamlanıb".

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

Onun sözlərinə görə, qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

 

"Qanunda diaspor təşkilatlarının hüquqi tənzimlənməsi ilə bağlı məsələ yer alacaq. Biz istəyirik ki, Azərbaycan Evlərinin fəaliyyəti də qanunla tənzimlənsin", - deyə Komitə sədri vurğulayıb.

 

Fuad Muradov, həmçinin qeyd edib ki, sözügedən qanun layihəsində Vətənə gələn diaspor nümayəndələri ilə bağlı bəzi prosedurların asanlaşdırılması nəzərdə tutulub. Bununla əlaqədar hazırda Dövlət Miqrasiya Xidməti ilə müzakirələr aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi