Modern.az

Ukraynada saxlanılan qazi diqqətimizdədir - Fuad Muradov

Ukraynada saxlanılan qazi diqqətimizdədir - Fuad Muradov

Diaspor

27 Sentyabr 2022, 11:40

Ukraynada saxlanılan Vətən müharibəsi iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı üçün ilk gündən vəkilin tutulması bu ölkədəki diaspor təşkilatları tərəfindən həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

 

Komitə sədri qeyd edib ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov Misir Qasımlının zaminə buraxılmasını təklif edib və zamin durmağa hazır olduğunu bildirib:

 

“Bu gün proses gedir. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibə şəraitindədir. Diaspor təşkilatları, səfirlik bu işlə məşğuldur. Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə bu prosesi diqqət mərkəzində saxlayırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı