Modern.az

ABŞ mətbuatı ermənilərin Azərbaycan səfirliklərinə hücumlarından YAZDI

ABŞ mətbuatı ermənilərin Azərbaycan səfirliklərinə hücumlarından YAZDI

Diaspor

30 Sentyabr 2022, 14:16

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Ermənilər Azərbaycan səfirliklərinə hücum ediblər” sərlövhəli məqalə dərc olunub.

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə cari lin sentyabr ayında 40-50 erməni radikalından ibarət qrupun Azərbaycanın Fransadakı səfirliyinə basqın edərək, qarşısındakı dəmir baryerləri aşırması barədə məlumat verilib. 

 

“Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına istinad edən müəllif xarici dövlətin diplomatik nümayəndəliyini qəbul edən dövlətin onun əmlakını müdaxilədən və zədələnmədən mühafizə etmək, habelə nümayəndəliyin təmsil etdiyi dövlətin ləyaqətini qorumaq üçün bütün zəruri tədbirləri görmək öhdəliyinə diqqət çəkib. İsrailli politoloq baş vermiş insident zamanı Fransa polisinin nəinki Azərbaycanın bu ölkədəki səfirliyini qorumadığını, hətta zorakılıq baş verən zaman müdaxilə belə etmədiyini diqqətə çatdırıb. 

 

Qeyd olunub ki, analoji hücumlar daha əvvəl ABŞ və Livan erməniləri tərəfindən Azərbaycanın adı çəkilən ölkələrdəki səfirliklərinə də edilib, habelə Gürcüstandakı səfirliyimizə edilən basqın cəhdinin qarşısı polisin vaxtında müdaxiləsi ilə alınıb. Baş verənləri sözügedən ölkələrdə polis səhlənkarlığı kimi dəyərləndirən müəllif bunu Azərbaycanla soyuq münasibətləri olan digər ölkələr üçün mənfi presedent kimi səciyyələndirib. Qeyd edib ki, Fransa və Yunanıstan kimi dövlətlərin Ermənistanın mövqeyinə aşkar surətdə güclü dəstək verməsi bu ölkələrdə yaşayan ermənilərə Azərbaycan diplomatlarına qarşı qanunsuz hərəkətlər etmək imkanı yaradır. İsrailli politoloq Azərbaycanla sıx əlaqələri olan İngiltərə, Türkiyə və İsraildə ermənilərin analoji şəkildə davranmaq imkanlarının məhdud olduğunu vurğulayıb.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.jewishpress.com/news/global/europe/france/armenians-attack-azerbaijani-embassies/2022/09/29/

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi