Modern.az

Soydaşlarımız Helsinkidə aksiya keçirdilər - FOTO

Soydaşlarımız Helsinkidə aksiya keçirdilər - FOTO

4 Oktyabr 2022, 09:14

Finlandiyanın paytaxtı Helsinkidə təcavüzkar Ermənistanın ölkəmizin sərhədində törətdiyi son təxribatlarla əlaqədar məlumatlandırıcı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Helsinki mərkəzi vağzalının (rautatieasema) və Tuomiokirkko kilsəsinin önündə baş tutan aksiyalar Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Ermənistan, vasitəçiliyi qəbul et və sərhədləri tanı!”, “Ermənistan, regiondakı kommunikasiyaları bərpa et!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.

 

Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar barədə məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi