Modern.az

Barselonada yaşayan həmyerlimiz qızıl medal qazandı

Barselonada yaşayan həmyerlimiz qızıl medal qazandı

Diaspor

5 Oktyabr 2022, 16:54

Barselonada yaşayan həmyerlimiz Orxan İbadov Misirin İsgəndəriyyə şəhərində keçirilən “Egypt Open 2022” yaddaş çempionatının qızıl medalına layiq görülüb.

 

Yarışda müsəlman ölkələrinin, Yaponiya və Braziliyanın güclü yaddaş sahibləri iştirak ediblər.

 

Soydaşımız 5 dəqiqəyə 284 şəkli, 15 dəqiqəyə 840 rəqəmi, 5 dəqiqəyə 97 sözü sırayla düzgün yadda saxlayaraq, 10 kateqoriyanın üçü üzrə qızıl medal qazanıb. Bu nəticə ilə Orxan İbadov həm də İslam dünyasının ən güclü yaddaşı hesab edilib.

 

Qeyd edək ki, indiyədək soydaşımız Almaniya, Türkiyə, Filippində keçirilən yaddaş üzrə açıq çempionatlarda və turnirlərdə uğurlu nəticələr göstərib.

 

Orxan İbadov həm də Barselona Azərbaycanlıları Cəmiyyətinin fəal üzvü olaraq icmamızın fəaliyyətində yaxından iştirak edir.

 

Diasporla İş üzrə Dövlət Komitəsi gənc soydaşımızı bu uğurlu nəticə münasibətilə təbrik edir, gələcək yarışlarda davamlı müvəffəqiyyətlər əldə etməyi arzulayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı