Modern.az

Fransalı deputat erməni diasporunu İFŞA ETDİ

Fransalı deputat erməni diasporunu İFŞA ETDİ

6 Oktyabr 2022, 11:24

“Bu gün Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirələr aparılacaq. Əlbəttə, belə təmaslar sülhün təmin edilməsi üçün vacibdir”.


Bunu Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamber deyib.

 

Onun sözlərinə görə, regionda sülhün təmin edilməsi olduqca vacibdir. Fransalı deputat bildirib ki, Ermənistandakı revanşist qüvvələr və diaspor sülhü əngəlləməyə çalışır.

 

“Ermənistandakı millətçi qüvvələr və diaspor sülh prosesində irəliləyişin qarşısını almaq üçün çalışır. Ermənistan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri dərk və əməl etməlidir”, - deyə fransalı deputat vurğulayıb.

 

O, erməni diasporunun təxribatçı əməllərini pisləyərək, Ermənistanı sülhə çağırıb.

 

Qeyd edək ki, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi