Modern.az

ABŞ-da erməni cinayətlərini ifşa edən sərgi açılıb

ABŞ-da erməni cinayətlərini ifşa edən sərgi açılıb

Diaspor

11 Oktyabr 2022, 16:42

ABŞ-ın Minneapolis-Sent Pol (Minneapolis – Saint Paul) şəhərində Ermənistanın hərbi təxribatlarını əks etdirən sərgi-aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Dakota Dairəsi Məhkəməsinin binası önündə baş tutan sərgi-aksiya Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Aksiya zamanı Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa yeni cəhdlər göstərdiyini, ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini, o cümlədən Edillidə aşkarlanmış kütləvi məzarlıqları, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünü əks etdirən fotomateriallar nümayiş etdirilib.

 

Aksiya ilə maraqlanan yerli sakinlərə bu barədə məlumatları əks etdirən bukletlər paylanılıb.

 

Qeyd edək ki, Minneapolis-Sent Pol şəhəri Minnesota ştatının iqtisadi, mədəni və siyasi mərkəzi hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər