Modern.az

Britaniya azərbaycanlılarından Edilli cinayətinə ETİRAZ

Britaniya azərbaycanlılarından Edilli cinayətinə ETİRAZ

Diaspor

11 Oktyabr 2022, 17:32

Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Assosiasiyası (BAA) Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, “Amnesty International”, “Human Rights Initiative”, “Community of Democracies” beynəlxalq təşkilatlarına ünvanlanan müraciətdə soydaşlarımızın Edilli cinayətindən dəhşətə gəldikləri və hiddətləndikləri bildirilib.

 

Edillidə aşkar olunmuş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğuna, Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb edilib.

 

Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi qiymətləndirilib.

 

BAA beynəlxalq birlikdən hüquqi müstəvidə Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili addımlar atılmasını tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər