Modern.az

Fuad Muradovun Avstraliyaya ilk səfəri başlayıb

Fuad Muradovun Avstraliyaya ilk səfəri başlayıb

Diaspor

14 Oktyabr 2022, 09:12

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstraliyaya ilk səfəri başlayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, səfər çərçivəsində komitə sədrinin Sidney, Melburn, Kanberra, Balarat, Brisben və Qold Kost şəhərlərində yaşayan Azərbaycan icmalarının üzvləri ilə görüşləri keçiriləcək, buradakı Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması məsələsi müzakirə ediləcək.

 

Səfər proqramında Azərbaycana dost ölkələrin Avstraliyadakı icmalarının üzvləri, eyni zamanda ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər də nəzərdə tutulub.

 

Qeyd edək ki, hazırda Avstraliyada Azərbaycan diaspor təşkilatlarının sayı 5-ə çatıb və minlərlə soydaşımız bu təşkilatlar ətrafında sıx birləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər