Modern.az

Nyu-Yorkda Azərbaycan bayrağı qaldırıldı - FOTOLAR

Nyu-Yorkda Azərbaycan bayrağı qaldırıldı - FOTOLAR

Diaspor

20 Oktyabr 2022, 11:03

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ABŞ-ın Nyu-York şəhərində qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu münasibətlə “Wall Street”də yerləşən və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” parkında Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə bayraqqaldırma mərasimi keçirilib. Tədbirdə Nyu-Yorkda yaşayan bir qrup həmvətənimiz iştirak edib.

 

Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli Azərbaycan bayrağını dövlət himnimizin sədaları altında səmaya ucaldıb. 

 

Bayraqqaldırma mərasimi yerli əhali və turistlərin də diqqətini çəkib, həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər. 

 

Qeyd edək ki, Azərbaycan bayrağı 10 gün müddətində Nyu-Yorkun şəhər mərkəzində ABŞ bayrağı ilə yanaşı dalğalanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər