Modern.az

Bazeldə Azərbaycan filmi nümayiş etdirilib - FOTOLAR

Bazeldə Azərbaycan filmi nümayiş etdirilib - FOTOLAR

Diaspor

27 Oktyabr 2022, 13:56

İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” film festivalında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.

 

“Azərbaycanın Dostları” Virliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.

 

Qeyd edək ki, diaspor təşkilatları və isveçrəlilərin birlikdə hazırlandığı “Cinema Querfeld” festivalında filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim edilir.

 

Filmin təqdimatı çərçivəsində İsveçrədə yaşayan tanınmış rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin" Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.

 

“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, rəhbərlik etdiyi təşkilat 2014-cü ildən etibarən  hər il bu festivalda iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur. 

 

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəx nümunələri də nümayiş etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər