Modern.az

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirir - FOTO

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirir - FOTO

Diaspor

15 Noyabr 2022, 13:34

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının binası qarşısında etiraz aksiyası keçirir.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

 

Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa neytral ol!”, “Senat ədalətli ol!”, “Fransa ədalətli, düzgün ol!” "Qafqazda sülh gətirmək üçün ədalətli ol" və digər şüarlar səsləndirilir.

 

Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər. Hazırda aksiyada 50 nəfərdən çox soydaşımız iştirak edir. 

 

Xatırladaq ki, bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı