Modern.az

Senatın qətnaməsi bu gün də müzakirə olunmayacaq

Senatın qətnaməsi bu gün də müzakirə olunmayacaq

Diaspor

29 Noyabr 2022, 09:24

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə layihəsi Fransa Milli Assambleyasının bu gün keçiriləcək iclasında müzakirə olunmayacaq.

 

Modern.az xəbər verir ki, bədnam sənəd Assambleyanın 29 noyabr tarixli iclasının gündəliyinə daxil edilməyib.

 

Qeyd edək ki, ötən gün Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş Fransa Senatının ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçiriblər. Aksiya iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrora yox deməyi, eləcə də regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb ediblər.

 

Azərbaycan diaspor fəallarının etirazlarından sonra Fransa Milli Assambleyası qondarma qətnamə layihəsini ötən gün baş tutan iclasın gündəliyindən çıxarıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü