Modern.az

“Azərbaycandan dünyaya musiqi töhfəsi” - TƏQDİMAT

“Azərbaycandan dünyaya musiqi töhfəsi” - TƏQDİMAT

5 Dekabr 2022, 16:57

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyyət göstərən Azərbaycan Evində Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim olunub. 

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbir Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib ki, dünyada hər bir xalqı tanıdan amillərdən biri onun mədəniyyəti ilə bağlıdır. Qeyd edib ki, Azərbaycan mədəniyyətinin ölkə sərhədlərindən kənarda təbliğ olunmasında milli musiqimizin böyük rolu var və Ayan Məmmədlinin layihəsi də bu məqsədə xidmət edir.

 

Ölkəmizin zəngin musiqi mədəniyyətinə və dahi bəstəkarlara malik olduğunu söyləyən Ayan Məmmədli milli mədəni irsimizin qorunub saxlanılması və dünya miqyasında geniş təbliğ olunması istiqamətində dövlətimizin böyük və uğurlu işlər həyata keçirməsindən danışıb. Məhz bu baxımdan xaricdə yalnız təhsil almaqla kifayətlənmək istəmədiyini, həm də milli musiqimizi xaricdə təbliğ etməyi özünə borc bildiyini nəzərə çatdırıb. Layihə vasitəsilə milli musiqi nümunələrimizin yaranma tarixinə, məzmununa, Azərbaycanın əsrarəngiz təbiətinə diqqəti cəlb etmək, xarici ölkələrlə mədəni əlaqələrimizin inkişafına töhfə vermək istədiyini söyləyib. 

 

Sonra istedadlı pianoçunun ifasında “Bayatı-Şiraz” muğamı, Azərbaycan xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm“, “Şuşanın dağları”, “Sarı gəlin”, görkəmli bəstəkarlar Fikrət Əmirovun və Qara Qarayevin əsərləri səsləndirilib.

 

Tədbir iştirakçıları gənc soydaşımızın ifasını alqışlarla qarşılayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir