Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə beynəlxalq forum keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Bildirilib ki, beynəlxalq forum 20 dekabrda Bakıda təşkil olunacaq.
Məlumata görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərləri 21 dekabr tarixində Şuşaya səfər edəcəklər. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olacaqlar.