Modern.az

Diaspor üzrə əməkdaşlığımız güclənir - Abdullah Eren

Diaspor üzrə əməkdaşlığımız güclənir - Abdullah Eren

Diaspor

20 Dekabr 2022, 15:30

"30 illik işğaldan azad olunan Qarabağda Azərbaycanın apardığı yenidənqurma işləri təqdirəlayiqdir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, bu baxımdan beynəlxalq Bakı-Şuşa forumunun çox böyük əhəmiyyəti var.

 

"44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan və Türkiyə diaspor qurumları çox yaxın əməkdaşlıq edib. Biz Azərbaycanın bu haqlı mübarizəsində dəstək olmuşuq və olacağıq. Türk dövlətləri təşkilatına üzv dövlətlər arasında da diaspora əməkdaşlığını qüvvətləndirmək istəyirik. Bakı-Şuşa forumu ilə bu, daha da inkişaf edəcək”,- deyə Abdullah Eren bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!