Modern.az

Əsas vəzifə dünya türklərini vahid yumruq ətrafında birləşdirməkdir

Əsas vəzifə dünya türklərini vahid yumruq ətrafında birləşdirməkdir

20 Dekabr 2022, 15:32

Diaspor məsələlərinə məsul qurumların üzərinə düşən əsas vəzifə dünya türklərini vahid yumruq ətrafında birləşdirməkdir.

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumunda bildirib.

 

"Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil. Prezidentin dediyi kimi, canı və qanı bir olan türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir",- deyə komitə rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı